Türkiyə-Azərbaycan 2:0

Yazını böyüt :       

Millimiz səfərdəki qardaşlıq oyununun 39 dəqiqəsini azlıqda keçirib.

Bu gün Bakı vaxtı ilə saat 22:00-da Türkiyənin Kayseri şəhərində Kadir Has stadionunda futbol üzrə Azərbaycan və Türkiyə milli komandaları arasında yoldaşlıq görüşü baş tutub. Görüşün birinci hissəsi türklərin üstünlüyü şəraitində keçib. İkinci hissəyə də hücumlarla başlayan türk qardaşlarımız 52-ci dəqiqədə penalti vurmaq şansı qazanıblar. Cərimə meydançasında rəqib komandanın 9 nömrəli oyunçusu Semih Şentürkə qarşı kobudluq edən millimizin 14 nömrəli müdafiəçisi Rəşad Sadığov qırmızı vərəqə ilə cəzalandırılaraq meydandan qovulub. Hakimin qapımıza təyin etdiyi on bir metrlik cərimə zərbəsini zərərçəkən özü yerinə yetirib. Lakin Azərbaycan millisinin qapıçısı Fərhad Vəliyev rəqib oyunçunun zərbəsini dəf edib.
Nəhayət oyunun 69-cu dəqiqəsində türklər 21 nömrəli oyunçu Həlil Altıntopun vurduğu qolla hesabda irali çıxıblar. Onun qapımıza endirdiyi zərbə millimizin 3 nömrəli oyunçusu  Saşa Yunusoğluya dəyərək tora daxil oldu. Matçın 75 dəqiqəsində hesab iki topa yüksəlib. Rəqibin 19 nömrəli futbolçusu İbrahim Üzülməz ikinci topu Vərhad Vəliyevin qoruduğu qapıdan keçirib. Xatırladaq ki, oyun ANS TV ilə birbaşa yayımlanıb.



© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən Xazar.com saytina hiper linklə istinad zəruridir.

Detallar Oxunub: 769 dəfə Çap variantı Qiymətləndirin:
 (səs sayı: 5)
Xəbəri paylaş sport Google sport Live sport Myspace sport Facebook sport Delicious sport Digg sport Xəbərnamə
Bu xəbərin adresi:

Arxiv

«    İyun 2009    »
BeÇaÇCaCŞB
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
 

Ən çox oxunanlar

Anket

Hansı ölkənin liqası sizə daha maraqlıdır
  • Türkiyə
  • İngiltərə
  • İspanya
  • İtalya
  • Almanya
  • Fransa