Otüstü hokkey üzrə Azərbaycan çempionatında ikinci turun oyunları keçirilib

Yazını böyüt :       

"Bakı" Qusarın "Şahdağ" klubunu 8-2 hesabı ilə məğlub edib.

Qadın otüstü hokkeyçilər arasında keçirilən Azərbaycan çempionatında 2-ci turun oyunları keçirilib. Otüstü Hokkey Federasiyasının mərkəzi arenasında əvvəlcə “Bakı” və Qusarın “Şahdağ” klubu qarşılaşıb. Görüş “Bakı”nın 8-2 hesablı qələbəsi ilə başa çatıb. Daha sonra meydana Nizami rayonu Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin hokkeyçiləri ilə Lənkəranın “Xəzər” klubu daxil olub. Bu dueldən də paytaxt təmsilçiləri qalib ayrılıblar. Paytaxt hokkeyçilərinin vurduğu 8 topa, cənublular 1 dəfə cavab veriblər, 8-1.

Beləliklə, iki turdan sonra maksimum nəticə göstərmiş Nizami rayonu Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin komandası turnir cədvəlinə başçılıq edir. Aktivində 3 xalı olan “Atasport -2” və “Bakı” klubu 2-3-cü yerləri bölüşdürürlər. İki turdan sonra hələ xal qazanmamış bölgə komandaları, “Şahdağ” və “Xəzər” isə sonuncudurlar.

Yüksək dəstədə yarışan qadın otüstü hokkeyçilərin ölkə çempionatında növbəti turun oyunları mayın 10-da keçiriləcək.



© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən Xazar.com saytina hiper linklə istinad zəruridir.

Detallar Oxunub: 306 dəfə Çap variantı Qiymətləndirin:
 (səs sayı: 0)
Xəbəri paylaş sport Google sport Live sport Myspace sport Facebook sport Delicious sport Digg sport Xəbərnamə
Bu xəbərin adresi:

Arxiv

«    Sentyabr 2010    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
 

Ən çox oxunanlar

Anket

Hansı ölkənin liqası sizə daha maraqlıdır
  • Türkiyə
  • İngiltərə
  • İspanya
  • İtalya
  • Almanya
  • Fransa