Cüdo üzrə Azərbaycanda çempionatında 9 çəki üzrə qaliblər müəyyənləşib

Yazını böyüt :       
Ayişə Qurbanlı, Rəqiyyə Qarayeva, Turanə Seyidi, Ramilə Yusubova, Şahanə Alməmmədova və Şəms Əhmədova ayrı-ayrı çəkilərdə bütün rəqiblərinə qalib gələrək, ölkə çempionu olublar.

Cüdo üzrə Azərbaycan çempionatının startı verilib. İlk yarış günündə ümumilikdə 9 çəki üzrə qaliblər müəyyənləşib. Qadınların mübarizəsində bütün çəkilərdə ölkə çempionlarının adları artıq məlumdur. Ayişə Qurbanlı, Rəqiyyə Qarayeva, Turanə Seyidi, Ramilə Yusubova, Şahanə Alməmmədova və Şəms Əhmədova ayrı-ayrı çəkilərdə bütün rəqiblərinə qalib gələrək, ölkə çempionu olublar.

Cüdoçu kişilərin mübarizəsində isə ilk yarış günündə qaliblər yalnız iki, 60 və 66 kiloqram çəki dərəcələrində müəyyən olunub. 60 kq-da Samir Dadaşzadə finalda İlqar Müşkiyevə qalib gələrək, ölkə çempionu adını qazanıb. 66 kq çəki dərəcəsində Tərlan Kərimov fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Ölkə çempionatının ilk günündə mübarizəyə qoşulmuş cüdoçular arasında bir nəfər də olsun Pekin olimpiadasının iştirakçısı olmayıb. Olimpiya oyunlarında bürünc medal qazanmış Mövlud Mirəliyev və Olimpiya çempionu Elnur Məmmədli çempionatda fəxri qonaq qismində iştirak ediblər. Hətta, çempionatın açılışında olimpiya çempionumuza söz də verilib. Elnurun budəfəki ölkə çempionatında iştirak etməməsi ilə bağlı açıqlama verib: “İndi bizim yorulmamağımız üçün, bizə istirahət veriblər ona görə də iştirak etmirik”.
Qeyd edək ki, ölkə çempionatına bu gün yekun vurulacaq. Yarışın son günündə kişilər arasında daha 5 çəki dərəcəsinin qalib və mükafatçıları müəyyənləşdiriləcək. Yarışın yekunlarına əsasən təşkil olunacaq yığma komanda, gələn ilin yanvar ayında Gürcüstanın paytaxtı Tiflisdə təşkil olunacaq Dünya Kuboku yarışlarında ölkəmizin idman şərəfini qoruyacaq.


© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən Xazar.com saytina hiper linklə istinad zəruridir.

Detallar Oxunub: 317 dəfə Çap variantı Qiymətləndirin:
 (səs sayı: 0)
Xəbəri paylaş sport Google sport Live sport Myspace sport Facebook sport Delicious sport Digg sport Xəbərnamə
Bu xəbərin adresi:

Arxiv

«    Mart 2010    »
BeÇaÇCaCŞB
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 

Ən çox oxunanlar

Anket

Hansı ölkənin liqası sizə daha maraqlıdır
  • Türkiyə
  • İngiltərə
  • İspanya
  • İtalya
  • Almanya
  • Fransa