Güləşçilərimiz Türkiyədə "Zəfər Turniri"ndə iştirak edəcəklər
Yazını böyüt :
Tarix: 27 May 2009
Kateqoriya: Sərbəst güləş, Yunan-Roma
Mənbə : ANSPRESS
- Türkiyədə keçiriləcək beynəlxalq turnirdə Azərbaycanı 16 güləşçi təmsil edəcək
- Yeniyetmələr və gənclər arasında güləş üzrə Bakı birinciliyi keçirilir
- Bu gün güləş üzrə Azərbaycan çempionatı start götürüb
- Bu gün İranda sərbəst güləş üzrə Dünya Kuboku yarışı start götürəcək
- Güləş üzrə Azərbaycan çempionatında Yunan-Roma güləşində yarışlara yekun vurulub
Matın 29-da start götürəcək yarışda ölkəmizi 21 güləşçi təmsil edəcək.
Mayın 29-da Türkiyənin İzmir şəhərində yeniyetmələr arasında Yunan-Roma və sərbəst güləş üzrə sayca 12-ci beynəlxalq «Zəfər Turniri» start götürəcək. Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, 17 ölkədən 400-ə yaxın idmançının iştirak edəcəyi yarışda Azərbaycan 21 güləşçi ilə təmsil olunacaq. Matın 31-dək davam edəcək yarışda ölkəmizdən 10 Yunan-Roma, 11 sərbəst güləşçi mübarizə aparacaq. Yarışda iştirak edəcək güləşçilərimizi diqqətinizə çatdırırıq:
Yunan-Roma güləşi: İlqar Cəfərzadə (42 kq), Emin Novruzov (46 kq), Eldəniz Əzizli (50 kq), Amil Əhmədov (54 kq), Hüseynqulu Gülümcanov (54 kq), Kamran Xıdırzadə (58 kq), Məmmədqulu Müzəffərov (63 kq), Toğrul Yunuslu (69 kq), Fuad Əliyev (76 kq), Süleyman Babayev (85 kq)
Sərbəst güləş:Mircəlal Həsənzadə (42 kq), Çingiz Qaxacov (46 kq), Qalib Əliyev (50 kq), Toğrul Əsgərov (54 kq), Nurlan Hacıyev (58 kq), Hüseyn Nəsirov (58 kq), Firudin İsmayılov (63 kq), Ruslan Şükürov (63 kq), Kamran Yunusov (76 kq), Elcan Usubzadə (85 kq), Əli Maqomedov (100 kq).
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən Xazar.com saytina hiper linklə istinad zəruridir.



Azərbaycan
Türkiyə
İspanya
İtayla
Fransa
İngiltərə
Almanya
Hollandiya
Rusiya