Olimpiya oyunlarının iştirakçısı Azərbaycan çempionu oldu

Yazını böyüt :       
Güləş üzrə Azərbaycan Çempionatında 96 kq çəki dərəcəsində mübarizə aparan Pekin Yay Olimpiya Oyunlarının iştirakçısı Şalva Qadabadze Azərbaycan çempionu adını qazanıb.

Güləş üzrə Azərbaycan çempionatının startı verilib. Bakı İdman sarayında keçirilən yarışda ilk olaraq, Yunan-Roma güləşçiləri bacarıqlarını nümayiş etdiriblər. İlk olaraq ən ağır çəki dərəcəsində medallar uğrunda döyüşlər keçirilib. 120 kq-da ölkənin ən güclüsü adını Cəlal Bahadurov qazanıb. Bahadurov finalda Müslüm Müslümova qalib gələrək Azərbaycan çempionu adını qazanıb. Bu çəkidə bürünc medallar Azad Əliyevlə Eldar Atakişiyevə qismət olub.

96 kq çəki dərəcəsində isə Pekin Yay Olimpiya Oyunlarının iştirakçısı Şalva Qadabadze Azərbaycan çempionu adını qazanıb. O, finalda Səməd Cəbrayılovdan üstün olub. Samir Əsgərov və Vüqar Mirzəyev bu çəkidə fəxri kürsünün 3-cü pilləsinə qalxıblar. 55 və 60 kq-larda isə müvafiq olaraq Elçin və Fuad Əliyevlərə rəqib tapılmayıb. Natiq Aslanovla Taleh Məmmədov 55, Anar Əsədov isə 60 kq çəki dərəcəsində bürünc medalı boynundan asıb.

Qeyd edək ki, bu gün 66, 74 və 84 kq çəki dərəcələrində keçiriləcək döyüşlərlə Yunan-Roma güləşçilərinin mübarizəsinə yekun vurulacaq. Bundan sonra isə növbə sərbəst güləşçilərə gələcək.


© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən Xazar.com saytina hiper linklə istinad zəruridir.

Detallar Oxunub: 298 dəfə Çap variantı Qiymətləndirin:
 (səs sayı: 1)
Xəbəri paylaş sport Google sport Live sport Myspace sport Facebook sport Delicious sport Digg sport Xəbərnamə
Bu xəbərin adresi:

Arxiv

«    Sentyabr 2010    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
 

Ən çox oxunanlar

Anket

Hansı ölkənin liqası sizə daha maraqlıdır
  • Türkiyə
  • İngiltərə
  • İspanya
  • İtalya
  • Almanya
  • Fransa