Güləş üzrə Azərbaycan çempionatında Yunan-Roma güləşində yarışlara yekun vurulub
Yazını böyüt :66 kq çəki dərəcəsində Neftçi Sağlamlıq Mərkəzinin yetirməsi Rəsul Cunayev Xəzər-Lənkəran klubunun güləşçisi Hüsaməddin Rəcəbovu məğlub edərək qızıl medal qazanıb.
Bakı İdman Sarayında keçirilən güləş üzrə Azərbaycan çempionatında Yunan-Roma güləşi üzrə bütün çəki dərəcələrində qaliblərin adı artıq məlumdur. 84 kq çəki dərəcəsində DİN idman cəmiyyətinin üzvü İlqar Abdulov Azərbaycan çempionu olub. Pekin yay olimpiya oyunlarının iştirakçısı həlledici döyüşdə Neftçi İdman-Sağlamlıq Mərkəzinin təmsilçisi Murtuza Tağıyevı məğlub edib. Bu çəkidə bürünc medalları Həbib Yusifovla Fariz Ağayev qazanıb.
74 kq çəki dərəcəsində də qızıl medal uğrunda DİN və Neftçi İdman-Sağlamlıq Mərkəzinin güləşçiləri mübarizə aparıblar. Bu dəfə isə Neftçi İdman-Sağlamlıq Mərkəzinin yetirməsi qələbə qazanıb. Elvin Mürsəliyev gərgin döyüşün nəticəsində Rafiq Hüseynova qalib gələrək qızıl medal qazanıb. Bu çəkidə bürünc medallara Elbrus Məmmədov və Emin Əhmədov sahib olub.
66 kq çəki dərəcəsinin qalibi Neftçi Sağlamlıq Mərkəzinin yetirməsi Rəsul Cunayevlə Lənkəranın Xəzər-Lənkəran klubunun güləşçisi Hüsaməddin Rəcəbovun yarışında məlum oldu. Bu döyüşdə Hüsaməddin zədələndiyindən döyüş vaxtından əvvəl dayandırıldı. Və yeniyetmələr arasında Avropa birinciliyinin qalibi olmuş Rəsul Cunayev ölkə çempionu adını qazandı. 66 kq çəkidə bürünc medalları Elşad Səfərov və Rüstəm Əliyev qazanıb.
Qeyd edək ki, Azərbaycan çempionatında sərbəst güləş üzrə yarışlara bu gün start verilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən Xazar.com saytina hiper linklə istinad zəruridir.
Turnir cədvəlləri
Canlı hesablar
Ən çox oxunanlar
Anket
Hansı ölkənin liqası sizə daha maraqlıdır

Azərbaycan
Türkiyə
İspanya
İtayla
Fransa
İngiltərə
Almanya
Hollandiya
Rusiya