Yunanlar Ponomaryova 1 illik müqavilə təklif edirlər

Yazını böyüt :       
Atası İqor Ponomaryovun "Xəzər-Lənkəran"ın "sükan"ı arxasına keçməsindən sonra Anatoli Ponomaryovun da bu kluba keçəcəyi söylənilirdi.
Amma yarımmüdafiəçi dünənki açıqlamasında karyerasını 4 illik fasilədən sonra yenidən Yunanıstanda davam etdirmək niyyətində olduğunu bildirib: "Yunanlarla danışıqlar ikinci cəhddən uğurlu alındı. Bu ölkənin yüksək liqasında çıxış edən klubla ilkin razılıq əldə etmişəm. Vaxtı gələndə hansı komandaya keçdiyimi biləcəksiniz". 26 yaşlı futbolçu az öncə bu ölkəyə səfər etmişdi. Anatolinin sözlərinə görə, bu dəfə danışıqlar telefon vasitəsilə baş tutub: "Yenidən Yunanıstana yollanmağa ehtiyac olmadı. Klub prezidenti ilə üzbəüz söhbətimdə şərtlərimi demişdim. Telefon söhbətində ortaq məxrəcə gəldik. Dediyim qiyməti bir qədər aşağı saldılar. Yunanlar da şərtlərimi qəbul edərək razılığa gəldilər. Həmin məbləği futbolçuya elə Azərbaycan klublarında da verirlər". Avropada çıxış etməyin özü üçün daha uğurlu seçim olduğunu hesab edən Ponomaryov dediyinə görə, yunanlar onunla 2 illik müqavilə bağlamaq istəyir. Amma həmyerlimiz 1 illik müqavilənin imzalanmasının daha məqbul olduğunu söyləyib: "Əsas odur ki artıq nağd variantım var. Ancaq mən tələsməyərək, alternativ variantları da nəzərdə keçirirəm. Onsuz da indi yunanlarla rəsmi müqavilə imzalaya bilmərəm. Çünki bu, yanvarın 1-i Avropada "transfer pəncərəsi"ni açılandan sonra mümkün olacaq. İsveçdə yüksək liqada çıxış etmək variantı var. Burada məni yaxşı tanıyırlar və birbaşa müqavilə təklif edənlər də var". Qeyd edək ki, uzun illərdir ailəsi ilə birlikdə İsveçdə yaşayan Anatoli Ponomaryov əvvəllər Yunanıstanın "Ksanti" klubunda çıxış edib.


© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən Xazar.com saytina hiper linklə istinad zəruridir.

Detallar Oxunub: 280 dəfə Çap variantı Qiymətləndirin:
 (səs sayı: 0)
Xəbəri paylaş sport Google sport Live sport Myspace sport Facebook sport Delicious sport Digg sport Xəbərnamə
Bu xəbərin adresi:

Arxiv

«    Sentyabr 2010    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
 

Ən çox oxunanlar

Anket

Hansı ölkənin liqası sizə daha maraqlıdır
  • Türkiyə
  • İngiltərə
  • İspanya
  • İtalya
  • Almanya
  • Fransa