"Qalatasaray"ın rəqibi yarımfinalda

Yazını böyüt :       

"Bavariya"nın kubok sevdası bitdi .

Almaniya Kubokunun 1/4 final mərhələsinin oyunlarına yekun vurulub. "Qalatasaray"ın UEFA Kubokunun 1/8 final mərhələsindəki rəqibi "Hamburq" bu mərhələdə "Vehen"lə qarşılaşıb. "Hamurq" görüşün ilk hissəsində cütün taleyini həll edib. Belə ki, 17 və 37-ci dəqiqədə iki dəfə fərqlənən Patrik "Qalatasaray"ın rəqibini növbəti mərhələyə çıxardıb. Şarsın 86-cı dəqiqədə vurduğu qol isə hesab arasındakı fərqi azaltmaqdan başqa heç nəyə yaramayıb.
"Bavariya" isə bu mərhələdə mübarizəni dayandırıb. Səfərdə "Bayer"in qonağı olan münhenlilər 4:2 hesabı ilə məğlub olub. Hesabı 54-cü dəqiqədə Barnetta açıb. 7 dəqiqə sonra Vidal fərqi iki topa çatdırıb. 70-ci dəqiqədə Helmesin üçüncü topu rəqib qapısından keçirəndən sonra "Bavariya" özünə gəlib. 72 və 74-cü dəqiqədə Lusio və Kloze fərqi minimuma endirib. Lakin əsas vaxtın son dəqiqəsində Kiesslinq dördüncü topu münhenlilərin qapısından keçirib.  
"Verder" isə "Volfsburq"u darmadağın edib. 3-cü dəqiqədə hesabı Dieqo açıb. 4 dəqiqə sonra Türkiyə yığmasında oynamaqdan imtina edən Mesut Özil fərqi iki topa çatdırıb. 10-43-cü dəqiqələrdə Edin vurduğu qollarla tarazlığı bərpa edib. 55-ci dəqiqədə Dieqo, 71 və 89-cu dəqiqələrdə isə Pizarro üç dəfə fərqlənməklə 5:2 hesablı qələbəni təmin edib.
 
Hamburq-Vehen 2:1
Volfsburq-Verder 2:5
Bayer-Bavariya 4:2



© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən Xazar.com saytina hiper linklə istinad zəruridir.

Detallar Oxunub: 243 dəfə Çap variantı Qiymətləndirin:
 (səs sayı: 0)
Xəbəri paylaş sport Google sport Live sport Myspace sport Facebook sport Delicious sport Digg sport Xəbərnamə
Bu xəbərin adresi:

Arxiv

«    Mart 2010    »
BeÇaÇCaCŞB
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 

Ən çox oxunanlar

Anket

Hansı ölkənin liqası sizə daha maraqlıdır
  • Türkiyə
  • İngiltərə
  • İspanya
  • İtalya
  • Almanya
  • Fransa