İlqar Qurbanovun komandası Super Liqaya vəsiqə qazana bilər

Yazını böyüt :       

Həmyerilimizin çıxış etdiyi "Boluspor" play-off mərhələsini qalib başa vuracağı təqdirdə Super Liqaya vəsiqə qazanacaq.

Futbol üzrə Türkiyə çempionatının 1-ci liqasında 2008/09 mövsümü başa çatdı. Azərbaycanlı futbolçu İlqar Qurbanovun şərəfini qoruduğu “Boluspor” klubu çempionatı 56 xalla 3-cü pillədə tamamlayaraq play-off mərhələsində mübarizə etmək imkanı əldə edib. 4 komandanın mübarizə aparacağı play-off qarşılaşmalarından sonra, Super Liqaya vəsiqə qazanacaq 3-cü komandanın kimliyinə aydınlıq gələcək. 15-17 may tarixlərində keçiriləcək play-off mərhələsində “Boluspor”la yanaşı, “Altay”, “Kasımpaşa” və “Karşıyaka” klubları da iştirak edəcək. Qarşılaşmalar Ankara Yenikent ASAŞ stadionunda keçiriləcək.

Yarımfinalın ilk matçında İlqar Qurbanovun şərəfini qoruduğu “Boluspor”la “Karşıyaka” üz-üzə gələcək. Mayın 15-də baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 18.00-da başlayacaq.

İlk matç başa çatdıqdan sonra stadion boşaldılacaq, daha sonra ikinci play-off matçı üçün digər komandaların azarkeşləri stadiona daxil olacaq. Çempionatın 4-cüsü “Kasımpaşa”yla 5-ci olan “Altay”ın qarşılaşması isə Bakı vaxtı ilə saat 22.30-da başlayacaq.

Bu iki matçın qalibləri arasında keçiriləcək final matçı isə mayın 17-də Bakı vaxtı ilə saat 22.30-da başlayacaq.

Play-Off (yarımfinal) matçlarının təqvimi

15 May
Boluspor - Karşıyaka 18:00
Kasımpaşa- Altay 22:30

17 May
Boluspor-Karşıyaka matçın qalibi - Kasımpaşa-Altay matçın qalibi FİNAL 22:30

Qeyd edək ki, futbol üzrə Türkiyə çempionatının 1-ci liqasının yekununa əsasən "Manisaspor" və "Diyarbakırspor" Super Liqaya birbaşa vəsiqə qazanıb. Super Liqaya yüksələcək üçüncü komanda isə Play-off matçlarından sonra məlum olacaq.



© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən Xazar.com saytina hiper linklə istinad zəruridir.

Detallar Oxunub: 287 dəfə Çap variantı Qiymətləndirin:
 (səs sayı: 1)
Xəbəri paylaş sport Google sport Live sport Myspace sport Facebook sport Delicious sport Digg sport Xəbərnamə
Bu xəbərin adresi:

Arxiv

«    Sentyabr 2010    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
 

Ən çox oxunanlar

Anket

Hansı ölkənin liqası sizə daha maraqlıdır
  • Türkiyə
  • İngiltərə
  • İspanya
  • İtalya
  • Almanya
  • Fransa