Çempionlar Liqasının final matçını özbək hakim idarə edə bilər

Yazını böyüt :       
Çempionlar Liqasının 2008/2009 mövsümünün final matçını Ravşan Ermetovun idarə edəcəyi bildirilir.

 

Özbəkistan mətbuatının xəbərinə görə, mayın 27-də İtaliyanın paytaxtı Romada keçiriləcək final matçını, 2008-ci ildə Özbəkistan və Asiyanın ən yaxşı hakimi seçilən Ravşan Ermetov idarə edə bilər. Xəbərdə həmçinin, iyunun 25-də keçiriləcək Asiya Çempionlar Liqasının final matçını UEFA hakiminin idarə edə biləcəyi qeyd olunub.

Özbəkistan FutboL Federasiyasının (ÖFF) mətbuat mərkəzinə açıqlama verən Ermetov, bununla bağlı ona hələlik heç bir təklif gəlmədiyini, ancaq təklif gələcəyi təqdirdə Çempionlar Liqasının final matçını iadrə etməyə hazır olduğunu bildirib.

Həm Özbəkistan Oliy (yüksək) liqasında, həm də Asiya Çempionlar Liqasında uğurlu idarəçiliklə diqqət çəkən Ermetov, 2008-ci ildə Asiyanın ən yaxşı hakimi seçilib.

Ermetov sonuncu dəfə 2008-ci ildə Yaponiyada İngiltərənin "Mançester Yunayted" və Ekvadorun  "Liq de Quito" klubları arasında keçirilən Klublararası Dünya Çempionatının final matçını idarə edib. O, "Mançester Yunayted"in futbolçusu Nemanja Vidicə qırmızı vərəqə göstərmişdi.

Özbək hakimin idarə edəcəyi bildirilən Çempionlar Liqasının final qarşılaşmasının komandaları isə sabah keçiriləcək "Arsenal"-"Mançester Yunayted" və mayın 6-da keçiriləcək "Çelsi"-"Barselona" matçlarından sonra bəlli olacaq.



© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən Xazar.com saytina hiper linklə istinad zəruridir.

Detallar Oxunub: 434 dəfə Çap variantı Qiymətləndirin:
 (səs sayı: 0)
Xəbəri paylaş sport Google sport Live sport Myspace sport Facebook sport Delicious sport Digg sport Xəbərnamə
Bu xəbərin adresi:

Arxiv

«    Sentyabr 2010    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
 

Ən çox oxunanlar

Anket

Hansı ölkənin liqası sizə daha maraqlıdır
  • Türkiyə
  • İngiltərə
  • İspanya
  • İtalya
  • Almanya
  • Fransa