Əhməd Ticani : “İkinci dövrədə daha yaxşı oynacağam”
Yazını böyüt :
Tarix: 28 Noyabr 2008
Kateqoriya: Premyer liqa
Mənbə : Bakı FC
- Rafael Əmirbəyov: "Berti Foqts statistikaya fikir versin"
- COKO HADZİYEVSKİ: "Əsasən hücum və yarımmüdafiəni gücləndirmək barəsində fikirləşirik"
- Elvin Əliyev: "Mən Azərbaycanda "Bakı"dan güclü komanda görmürəm"
- Rövşən Əmiraslanovun "Xəzər-Lənkəran"la bağlı planları puç olub
- "Yığmaya çağırılmamağımda günahkar Haciyevskidir"
Əhməd Ticani : "İkinci dövrədə daha yaxşı oynacağam".
Bakı FK`nun birinci dövrəni liderlər sırasında tamamlamasında əsas pay sahiblərindən biri də Nigeriyalı legioner Əhməd Ticanidir. Bu gün bakifc.aza aşıqlama verən komandanın afrikalı hücumçusu geridə qalan birinci dövrə və qarşıdakı planları barəsində bizimlə bölüşüb.
Birinci dövrədə öz çıxışını necə qiymətləndirirsən?
Bunu baş məşqçi deyə bilər. Mən özüm ilk dövrədəki çıxışımdan razı deyiləm. Müxtəlif səbəblərdən öz oyunumu tam göstərə bilmədim. “Qafqaz Universiteti” ilə cavab oyununda zədələnməyim heç yerinə düşmədi. Artıq həkimlər məşq etməyimə icazə verir. Söz verirəm ki, ikinci dövrədə daha yaxşı oynacağam.
Yaxşı başlamışdın. İlk turda- “MOİK”lə oyunda saytımızın oxucuları komandanın ən yaxşısı səni seçmişdilər?
Mənə inanlara təşəkkür edirəm. Həmişə çalışmışam ki, mənə güvənən insanları sevindirim. Bu oyundan sonra da, meydana eyni həvəslə qol vurmaq üçün çıxmışam.
“Bakı”nın çempionluq şanslarını necə qiymətləndirirsən?
“Bakı” çempion olacaq! Bizim başqa məqsədimiz yoxdur. Bu gün komandada hamı bu məqsəd üçün çalışır. İstər futbolçular istərsə də texniki heyət.
Səncə bu mövsüm premyer liqanın səviyyəsi ötən ilkinə nisbətən qalxıb?
Futbolunuzun səviyyəsi qalxır. Biz meydana çıxıb futbol oynayırıq. Ildən ilə hiss edirik ki, komandalar daha da cəld, sürətli futbol sərgiləyir. İndi üç il əvvəl ən yaxşı sayılan bəzi futbolçular çatdıra bilmir. Sürət və fiziki göstəriciləri zəif olan komandalar bu mövsüm mükafatçılar sırasına düşə bilməyəcəklər.
Bu mövsüm hansı hücumçuları daha təhlükəli sayırsan?
Düzünü desəm bu mövsüm premyer liqada yaxşı hücumçular çox azdır. Xüsusilə fərqləndirə biləcəyim sabit hücumçu yoxdur. Bir oyun üç qol vurub 5 oyun vura bilməmək hücumçunun əla olması deyil. Stabil oyun götərən futbolçu görmürəm. Məncə burada yarımmüdafiəçilər hücumçulardan daha təhlükəlidir.
Birinci dövrə sona çatır. Premyer liqanın liderliyini ələ keçirən- “İnter”və “Simurq”un yerini ədalətli hesab edirsənmi?
“Simurq” bu gün Azərbaycanın ən yaxşı komandalarındandır. Turnir cədvəlindəki yeri də bunu isbatlayır. Bu komandanın heyətində elə futbolçular var ki, onlar çempionlar liqasında da oynaya bilər. “İnter” barəsində bir şeyi söyləmək olar- Azərbaycan premyer-liqasının əsas favoriti. Onların birinciliyi ikinci dövrədə də əldən verməyəcəyini düşünürəm.
Milliyə də dəvət almışdın. Sonradan komandanın düşərgəsinə yollanmadın...
Berti Foqts məni əsas milli komandaya dəvət etmişdi. Bu şansdan istifadə etmək istəyirdim. Lakin atamın vaxtsız vəfat etməsindən sonra, təcili Nigeriyaya qayıtmalı oldum. Bu səbəbdən də, millinin düşərgəsində ola bilmədim. Lakin, Foqtsdan təklif gözləyirəm. Milli komandaya dəvət alsam bunu özümə şərəf hesab edərək, bacardığımı edəcəyəm. İkinci dövrədə onun məni də yada salacağını gözləyəcəyəm.
Rafael Ibadov

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən Xazar.com saytina hiper linklə istinad zəruridir.
Turnir cədvəlləri
Canlı hesablar
Ən çox oxunanlar
Anket
Hansı ölkənin liqası sizə daha maraqlıdır

Azərbaycan
Türkiyə
İspanya
İtayla
Fransa
İngiltərə
Almanya
Hollandiya
Rusiya