Premyer Liqa klubları faciə ilə bağlı başsağlığı veriblər
Yazını böyüt :Premyer Liqanın XXIV turu çərçivəsində keçiriləcək qarşılaşmalardan öncə hadisə qurbanlarının xatirəsi 1 dəqiqəlik sükütla yad olunacaq.
“Neftçi” və “Qarabağ”la yanaşı Premyer Liqada çıxış edən “Xəzər-Lənkəran”, “İnter” və “Simurq” komandaları da Neft Akademiyasında baş verən faciə ilə bağlı başsağlığı mesajı yayımlayıblar.
“Xəzər Lənkəran”: Başın sağ olsun Vətən
“Xəzər Lənkəran” Futbol Klubu olaraq qanlı olayın bizləri də sarsıtdığını bildirir, bütün zərərçəkmiş soydaşlarımız və onların yaxınlarına səbr diləyirik, həyatını itirmiş qardaş və bacılarımıza Allahdan rəhmət diləyirik. Başın sağ olsun Vətən!
"İnter": Allah rəhmət eləsin!
"İnter" Peşəkar İdman Klubunun kollektivi Azərbaycan Dövlət Neft Akademiyasında baş vermiş qanlı hadisə nəticəsində həlak olmuş insanların yaxınlarına baş sağlığı verir və yaralılara şəfa arzulayır. Allah rəhmət eləsin!
"Simurq": Sizinlə birgə hüznlüyük
"Simurq" Peşəkar Futbol Klubu aprelin 30-da Azərbaycan Dövlət Neft Akademiyasının binasında baş verən və 15 nəfərə yaxın insanın ölümü ilə nəticələnən dəhşətli vəhşilik aktının bütün günahsız qurbanlarının yaxınlarına başsağlığı verir, onlara Allahdan səbr diləyir. Mayın 2-də keçiriləcək "Bakı" - "Simurq" qarşılaşmasında dünyasını dəyişən insanlara hörmət əlaməti olaraq, "Simurq"un oyunçuları meydançaya qara sarğı ilə çıxacaqlar. Sizinlə birgə hüznlüyük.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən Xazar.com saytina hiper linklə istinad zəruridir.



Azərbaycan
Türkiyə
İspanya
İtayla
Fransa
İngiltərə
Almanya
Hollandiya
Rusiya