Xazar Sport/a> > Ölkə futbolu > Milli komandamız İngiltərə millisini məğlub edərək 1/4 finala yüksəlib

Milli komandamız İngiltərə millisini məğlub edərək 1/4 finala yüksəlib


11 İyun 2009.

Çimərlik futbolu üzrə milli komandamız Dünya çempionatının seçmə mərhələsinin ¼ finalında İspaniya yığmasıyla qarşılaşacaq.

Çimərlik futbolu üzrə Azərbaycan milli komandası Dünya çempionatının seçmə mərhələsinin ¼ final mərhələsinə yüksəlib. AFFA-dan verilən məlumata görə, milli komandamız Dünya çempionatının seçmə mərhəlləsinin 1/8 finalına İngiltərə millisini məğlub edib. Hikmət Bağırovun dublu və Elnur Əhmədovun vurduğu 1 qol sayəsində 3:1 hesablı qələbə qazanan millimiz ¼ finalda mübarizə etmək hüququ əldə edib. Milli komandamızın 1/4 final mərhələsindəki rəqibi İspaniya millisi olacaq. Qarşılaşma iyunun 12-də baş tutacaq.