Xazar Sport/a> > Ölkə futbolu > Azərbaycan çempionunun heyətində 3 yeni futbolçu
Azərbaycan çempionunun heyətində 3 yeni futbolçu11 İyun 2009. |
|
Premyer Liqanın qalibi "Bakı" klubu məşqlərini bərpa edib, komandanın düşərgəsinə yeni legioner futbolçlar da təşrif buyurub. Futbol üzrə Azərbaycan Premyer Liqasının 2008/09 mövsümünün çempionu "Bakı" klubu iyunun 10-dan etibarən məşqlərini bərpa edib. Klubun rəsmi saytının xəbərinə görə, Çempionlar Liqasında hazırlaşan "Bakı"nın düşərgəsində 3 yeni futbolçu var. Bu futbolçulardan ikisi qonşu Gürcüstandan gəlib. Daha bir oyunçu isə braziliyalıdır. Legioner futbolçular komandanın bu gün "Ədliyyə" stadionunda keçiriləcək məşqində iştirak edəcəklər. |