"El Clasico"da gülən tərəf Barca oldu! - (FOTO XƏBƏR)

Yazını böyüt :       
Estadio Camp Nouda oynanan "El Clasico"da Real Madrid qapısını topa tutan, bir də penaltidən faydalana bilməyən Barcelona axtardığı qolu 83. dəqiqədə tapdı.
Penaltidə Casillasa ilişən Eto'o atdığı qolla Katalan qrupuna qalibiyyəti gətirərək gecənin adamı oldu. Messi isə gecəyə nöqtəni qoyan adam idi.

OYUNDAN FOTOLARA BAXMAQ ÜÇÜN KLİK EDİN!

Barcelona [2 - 0] Real Madrid
83' [1 - 0] Eto'o
90+1' [2 - 0] Messi

Son 2 mövsümün La Liqa çempionu, 26 xallı 5.ci Real Madrid 15. həftədə əzəli rəqibi 35 xallı lider Barcelonaya qonaq oldu. Estadio Camp Noudakı "El Clasico"' həyəcanında Luis Medina Cantalejo fit çaldı.

Barcelona: Valdes, Alves, Marquez, Pique, Puyol, Gudjohnsen, Toure, Xavi, Messi, Eto'o, Henry

Real Madrid: Casillas, Salgado, Metzelder, Cannavaro, Ramos, Gago, Guti, Sneijder, Drenthe, Raul, Higuain

Castile (Real Madrid) və Catalonianın (Barcelona) komandaları olan bu iki qrupun əzəli mübarizəsində qonaq Real zədəli oyunçulardan əziyyət çəkirdi. Heinze, Diarra, van Nistelrooy, Pepe, De la Red və Torresin zədələri səbəbiylə forma geyə bilmədikləri "El Clasico"da Robben və Marcelo da cəzaları səbəbiylə Juande Ramosdan forma tapa bilməyən adlar idi.

Ev sahibi Katalan komandasında isə məşqçi Pep Guardiola daha rahat idi. Cəzalı oyunçunun olmadığı Barcada Iniesta və Milito zədəli idi.

Yağış altında başlayan "El Clasico"nun ilk dəqiqələrində ev sahibi Barcelona daha təsirli görünən tərəf idi. İlk mərhələdə komanda olaraq öz sahəsində qalmağı seçən Real Madrid xüsusilə Messini tutmaqda çətinlik çəkirdi, Argentinalı oyunçunu bir çox epizodda yıxırdılar.

Alves və Messinin sağdan, Abidal və Henryin də soldan inkişaf etdirdiyi hücumlarda rəqibinə qol fürsəti verməyən Real Madrid ilk ciddi axınını 25.ci dəqiqədə edə bildi; Drenthenin ortasında Sneijder`in vurduğu topu Valde tora daxil olmağa icazə vermədi.

Zədəli oyunçuların çoxluğu səbəbiylə çətin günlər yaşayan Real Madridə bir pis xəbər də 36. dəqiqədə Sneijder'der gəldi, zədəsiyüksələn Hollandiyalı ulduz yerini gənc Palancaya buraxmaq məcburiyyətində qaldı.

14 həftədə 44 qol vuran Barcelonanı "El Clasico"nun ilk yarısında dayandırmağı bacaran Real Madrid dövrə arasında soyunma otağına 0-0la getmiş olsa da rəqibinin oyuna daha hakim tərəf olmasına maneə ola bilmədi. Realın yalnız sürətli əks hücumlarda qol axtardığı ilk 45 dəqiqədə oyun ağırlıqlı olaraq qonaq qrupun meydanında oynandı, Metzelderin zamanında müdaxilələri və Casillasın yerində refleksləri Katalan qrupunu ilk yarıda qoldan etdi.

İkinci hissə də sürətli başlayan ev sahibi Barcelona sağlı sollu hücumlarıyla rəqib qapını sakit buraxmırdı.

Salgadonun Busquetsi Real Madrid cəza sahəsi içində yıxdığı və penaltiyə səbəb olduğu mövqedə, Eto'o 70 dəqiqədəki vuruşunda Casillası keçə bilmədi.

Hər keçən dəqiqə müqaviməti bir az daha artan Real Madrid 78-ci dəqiqədə qola çox yaxınlaşdı,  Raulun pasında Palanca Valdesi keçə bilmədi.

Və Barcelona axtardığı qolu 83. dəqiqədə tapdı, 70dəki penalti vuruşunda Casillasa ilişən Eto'o qarşısında tapdığı topu tora göndərdi. Top tora dəyməmiş olsa da xətti keçdiyi aydın olurdu, hakim Cantalejo da tərəddüdsüz qolu verdi.

İlk yarıda zaman keçirdiyi iddiasıyla hakim tərəfindən xəbərdar edilən Casillas son dəqiqələrdə də rəqib eyni taktikanı tətbiq edincə etirazın dozasını qaçırdı, sarı kartla cəzalandırıldı.

Və matç boyunca rəqib müdafiəni ən çox yoran Messi 90+1'de Real Madridi yıxdı; sürətli inkişaf edən axında topu Casillasın üstündən qapıya göndərən Argentinalı super ulduz, Cannavaronun müdaxiləsinə baxmayaraq qolu tapdı.

Barcelona bu qalibiyyətlə 15 matçda 38 xala çataraq zirvədəki yerini yaxşıca sağlamlaştırdı. Real Madrid isə 26 Xalda qalaraq zirvədən qopma siqnalları verməyə başladı.


© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən Xazar.com saytina hiper linklə istinad zəruridir.

Detallar Oxunub: 308 dəfə Çap variantı Qiymətləndirin:
 (səs sayı: 1)
Xəbəri paylaş sport Google sport Live sport Myspace sport Facebook sport Delicious sport Digg sport Xəbərnamə
Bu xəbərin adresi:

Arxiv

«    Mart 2010    »
BeÇaÇCaCŞB
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 

Ən çox oxunanlar

Anket

Hansı ölkənin liqası sizə daha maraqlıdır
  • Türkiyə
  • İngiltərə
  • İspanya
  • İtalya
  • Almanya
  • Fransa