Iqor Ponomaryov: "Köməkçimi müəyyənləşdirməmişəm"

Yazını böyüt :       
Xazar.com`un klubun rəsmi saytına (lankaranfc.com) istinadən verdiyi xəbərə görə, yeni baş məşqçisi İqor Ponomaryov hazırda İsveçdə “Xəzər Lənkəran”ın Premyer-Liqanın ilk dövrəsində keçirdiyi oyunların videoyazılarını izləyir, heyəti gücləndirmək barədə düşünür və daha bir köməkçi axtarır. 48 yaşlı mütəxəssis KİV-də Sergey Əzizovun ona yardım edəcəyi barədə yayılan xəbəri təkzib edib:
- Hazırda komandanın məşqçilər korpusunda məndən başqa daha iki nəfər var – Samir Ələkbərovla Hafiz Əliyev. Daha bir nəfər də olacaq. Onun kimliyini hələ müəyyənləşdirməmişəm. Amma indidən KİV-i təkzib etməliyəm ki, bu Sergey Əzizov olmayacaq.
İqor bəy komandanın oyunuyla tanış olduğunu söylədi və düşüncələrini bizimlə bölüşdü:
- İlk öncə onu qeyd edim ki, bəzi oyunlarda komandanın lazımınca aqressiv olmadığını gördüm. Müdafiə xətti daha etibarlı ola bilərdi. Əslində ayrı-ayrılıqda heç bir müdafiəçidən narazılıq etmək olmur. Amma hiss olunur ki, müdafiə xəttində komanda əlaqələri istənilən səviyyədə deyildi.
Yeni baş məşqçimiz “Xəzər Lənkəran”ın bütün futbolçularının Antalyaya yollanacağını bildirib. Yəni Türkiyə səfərinədək heç kimin komandadan ayrılmayacağını açıqlayıb:
- İlk dövrədə komandada olan bütün oyunçular Türkiyəyə dəvətlidirlər. Yeni oyunçular? Hesab edirəm ki, böyük nəticələr əldə etmək istəyən komanda müntəzəm olaraq güclənməlidir. Hazırda seleksiya işiylə də məşğulam. Amma konkret olaraq kimisə bəyəndiyimi və onun “Xəzər Lənkəran”a keçəcəyini söyləyə bilmərəm.


© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən Xazar.com saytina hiper linklə istinad zəruridir.

Detallar Oxunub: 249 dəfə Çap variantı Qiymətləndirin:
 (səs sayı: 0)
Xəbəri paylaş sport Google sport Live sport Myspace sport Facebook sport Delicious sport Digg sport Xəbərnamə
Bu xəbərin adresi:

Arxiv

«    Sentyabr 2010    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
 

Ən çox oxunanlar

Anket

Hansı ölkənin liqası sizə daha maraqlıdır
  • Türkiyə
  • İngiltərə
  • İspanya
  • İtalya
  • Almanya
  • Fransa