"Karvan" müdafiəni gücləndirəcək
Yazını böyüt :Yevlax klubu qış transfer pəncərəsində heyətinə yeni futbolçular cəlb edəcək.
Premyer Liqanın iddialılarından sayılan Yevlaxın "Karvan" klubu qış transfer dövründə heyətinə bir neçə futbolçu cəlb etmək istəyir. Klubun İdarə Heyətinin sədri Şahmar Vəliyevin Peşəkar Futbol Liqasının rəsmi internet səhifəsinə verdiyi məlumata görə, transfer siyasəti əsasən müdafiənin gücləndirilməsinə yönələcək. "Karvan" bu il qarşısına qoyulmuş hədəfi dəyişməyib. Klub bürünc medala iddiasını gizlətmir. Xatırladaq ki, I dövrədən sonra "Karvan" 25 xalla 6-cı pillədə qərarlaşıb və liderdən 6 xal geri qalır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən Xazar.com saytina hiper linklə istinad zəruridir.
Turnir cədvəlləri
Canlı hesablar
Ən çox oxunanlar
Anket
Hansı ölkənin liqası sizə daha maraqlıdır

Azərbaycan
Türkiyə
İspanya
İtayla
Fransa
İngiltərə
Almanya
Hollandiya
Rusiya