COKO HADZİYEVSKİ: "Əsasən hücum və yarımmüdafiəni gücləndirmək barəsində fikirləşirik"
Yazını böyüt :
Haciyevski
Tarix: 27 Noyabr 2008
Kateqoriya: Gündəm, Ölkə futbolu
Mənbə : Sport.Xazar.com
Xazar.com`un məlumatına görə, baş məşqçi "Bakı" klubunun rəsmi saytına açıqlamalar veribdi.
Bu gün bakifc.az ın qonağı komandamızın baş məşqçisi Coko Hadziyevskidir. O birinci dövrənin yekunları barəsində və milli çempionatın icmalıını oxucularımızla bölüşüb.
Komandamızın bu gün turnir cədvəlindəki yeri sizi qane edirmi?
Yayda komandabnı yenidən qurduq. 12 yeni futbolçu transfer edildi. Bu sayda futbolçunun heyətə qatılması hər bir komandanın oyununa təsirsiz ötüşə bilməz. Bunu o qədər də normal hesab etməsəm də futbolçuların heyətə cəlb edilməsi zəruri idi. Yerimiz heç də pis deyil. Əsas məqsədimiz ölkə çempionluğunu qazanmaqdır.
Lakin əsas rəqiblərimiz “Olimpik” və “Neftçi”istisna olmaqla, “Xəzər-Lənkəran”, “İnter” və “Simurq”la görüşlərdə komanda qələbə qazana bilmədi...
Komandanın premyer liqanın ilk turlarındakı çıxışı məni heç cür razı salmırdı. Turdan-tura futbolçular meydanda bir-birlərini daha yaxşı anlıamağa başladı. Komandamın öz oyununu tam göstərdiyini deyə bilmərəm. İkinci dövrədə “Bakı” nəyə qadır olduğunu tam sübut edəcək.
Bu mövsüm komandamızın yeni transferlərindən razı qaldınızmı?
Komandaya bu mövsüm əsasən təcrübəli futbolçular cəlb olundu. Onların hər biri müxtəlif vaxtlarda avroturnirlərdə çıxış edib. Marko Şarliya Xorvatiyanın aşağı yaş qrupu üzrə milli komandalarının şərəfini qoruyub. Təcrübəsi böyükdür. Draqan Naçevski və Georgi Xristov da Makedoniya milli komandasında uzun müddət çıxış edib. Aleksandar Tomaş Bolqarıstan millisində oynayıb. Georgi Demetradze barəsində əlavə məlumata ehtiyac yoxdur. O səviyyəli hücumçudur. Yerli futbolçularımız da səviyyəlidir. Ramal, Ramazan və Elvin milli komandamızın üzvləri olub. Mən bütün futbolçularımdan razıyam. İstər yeni istərsə də köhnələrdən.
Komandamıza qış transfer pəncərəsi açıldıqdan sonra hansı cinahlarda yeni futbolçular transfer ediləcək?
Böyük dəyişiklik gözləməsinlər. Komandam artıq öz oyunun tapıb. Belə vəziyyətdə 3-4 futbolçu cəlb edə bilərik. Əsasən hücum və yarımmüdafiəni gücləndirmək barəsində fikirləşirik. Artıq bir neçə futbolçu ilə danışıqlara başlamışıq.
Legioner limitinin ləğv olunması Azərbaycan futboluna xeyir verdimi?
Bunu demək hələ tezdir. Bu gün bir neçə komandalarda səviyyəli legionerlər var. Azərbaycan premyer liqasında top qovan əcnəbilərin ən əsas özəlliyi, əsasən cənubi Amerika və Balkan yarımadasından bura üz tutmalarıdır. İnanıram ki, yaxın zamanlarda buraya, karyerasının qürub çağını yaşayan səviyyəli legionerlər yox, gənc və uzun müddət komandasına xeyir verəcək futbolçular da ayaq açacaq. Limitin olmaması müsbət haldır. Bu gün Almaniya bundes liqasın lideri “Hoffenhaym”nın heyətində yerli futbolçu barmaqla sayılan qədər azdır. Onda belə çıxır ki, almanıyada yerli futbolçuların səviyyəsi aşağıdır? - almanlar dünya və avropa çempionatlarında daim final mərhələlərində oynayır. Futbolda yerli və legioner anlayışı nisbidir. Komanda nəticə qazanmaq üçün oynayır.
Azərbaycan premyer liqasında komandamızın əsas rəqibləri kimi hansı komandaları hesab edirsiniz?
“İnter”, “Xəzər-Lənkəran” və “Olimpik”, “Bakı”yla bərabər premyer liqanın əsas favoritlərindən biridir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən Xazar.com saytina hiper linklə istinad zəruridir.
Turnir cədvəlləri
Canlı hesablar
Ən çox oxunanlar
Anket
Hansı ölkənin liqası sizə daha maraqlıdır

Azərbaycan
Türkiyə
İspanya
İtayla
Fransa
İngiltərə
Almanya
Hollandiya
Rusiya