Dünyanın ən böyük derbisi
Yazını böyüt :İspaniya çempionatının 34-cü turunda "Real Madrid" və "Barselona" qarşılaşacaq.
Bu qarşılaşma dünya derbisi hesab olunur. İspaniyada isə bu matçı “El Clasico” adlandırırlar. Futbol üzrə İspaniya La Liqasının 34-cü turu möhtəşəm "Real Madrid" – "Barselona" qarşılaşması ilə yadda qalacaq. "Real Madrid"in meydanı “Santiaqo Bernabeu” stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 23.00-da başlayacaq. Bu çətin qarşılaşma öncəsində "Barselona" 82 xalla turnir cədvəlinə başçılıq edir, "Real Madrid" isə 78 xalla ikinci pillədə qərarlaşıb. La Liqada mövsümün başa çatmasına cəmi 5 tur qalıb. Bu matçda "Barselona" qalib gələrsə, xal fərqini 7-yə yüksəldəcək, "Real Madrid" qələbə qazanarsa, xal fərqi 1-ə düşəcək.
Çempionatın birinci dövrəsində “Camp Nou”da keçirilən "Barselona" - "Real Madrid" qarşılaşması "Barselona"nın 2-0 hesablı qələbəsi ilə başa çatıb. Xuan de Ramosun baş məşçqi təyin olunmasından sonra "Real Madrid" çempionatda keçirdiyi 18 matçda 17 qələbə qazanıb. Ramos "Real Madrid"lə "Barselona" arasındakı 12 xallıq fərqi 4-ə endirməyi bacarıb. Çempionlar Liqasında və Kral kubokunda mübarizəni dayandıran "Real Madrid" bütün gücünü La Liqaya yönəldib.
"Barselona" isə “El Clasico”nun Çempionlar Liqasındakı "Çelsi" qarşılaşması öncəsi oynanmasından narahtdır.
SON 11 “EL CLASICO”!
İki klub arasında keçirilən son 11 “El Clasico”da 5 dəfə Real Madrid, 4 matçda Barselona qələbə qazanıb, 2 qarşılaşma isə heç-heçə başa çatıb.
2008/2009
Barselona Real Madrid 2:0
2007/2008
Real Madrid Barselona 4:1
Barselona Real Madrid 0:1
2006/2007
Barselona Real Madrid 3:3
Real Madrid Barselona 2:0
2005/2006
Barselona Real Madrid 1:1
Real Madrid Barselona 0:3
2004/2005
Real Madrid Barselona 4:2
Barselona Real Madrid 3:0
2003/2004
Real Madrid Barselona 1:2
Barselona Real Madrid 1:2
/ANS PRESS/
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən Xazar.com saytina hiper linklə istinad zəruridir.



Azərbaycan
Türkiyə
İspanya
İtayla
Fransa
İngiltərə
Almanya
Hollandiya
Rusiya