UEFA Kubokunun finalçıları bəlli oldu

Yazını böyüt :       

Mayın 20-də İstanbulun "Şükrü Saracoğlu" stadionunda keçiriləcək final matçında Ukraynanın "Şaxtyor" və Almaniyanın "Verder Bremen" klubları qarşılaşacaq/

UEFA Kubokunun  yarımfinal mərhələsinin ilk matçı Ukraynanın iki komandası arasında keçirilib. "Şaxtyor" öz meydanında "Dinamo Kiyev"i qəbul edib. Donetskin "Olympiyskiy" stadionunda keçirilmiş qarşılaşma "Şaxtyor"un 2-1 hesablı qələbəsi ilə başa çatıb. Kiyevdə keçirilmiş ilk matçda 1-1 hesablı heç-heçə qeydə alındığından "Şaxtyor" finala vəsiqə qazanıb.

Yarımfinalın digər qarşılaşması isə iki alman klubu "Hamburq" və "Verder Bremen" arasında keçirilib. Öz meydanında 0-1 hesabı ilə məğlub olduğu "Hamburq"u səfərdə 3-2 hesabı ilə məğlub edən "Verder Bremen" finala vəsiqə qazanan növbəti komanda oldu.

Beləliklə, mayın 20-də İstanbulun "Şükrü Saracoğlu" stadionunda keçiriləcək UEFA Kubokunun 2008-2009 mövsümünün final matçında Almaniyanın "Verder Bremen" və Ukraynanın "Şaxtyor" klubu üz-üzə gələcəklər.



© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən Xazar.com saytina hiper linklə istinad zəruridir.

Detallar Oxunub: 287 dəfə Çap variantı Qiymətləndirin:
 (səs sayı: 1)
Xəbəri paylaş sport Google sport Live sport Myspace sport Facebook sport Delicious sport Digg sport Xəbərnamə
Bu xəbərin adresi:

Arxiv

«    Mart 2010    »
BeÇaÇCaCŞB
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 

Ən çox oxunanlar

Anket

Hansı ölkənin liqası sizə daha maraqlıdır
  • Türkiyə
  • İngiltərə
  • İspanya
  • İtalya
  • Almanya
  • Fransa