AFFA milli komandanı mükafatlandırdı
Yazını böyüt :
Tarix: 9 May 2009
Kateqoriya: Gündəm, Ölkə futbolu
Mənbə : /ANS PRESS/
- Futzal üzrə Azərbaycan millisi bu gün Portuqaliya ilə qarşılaşacaq
- Joze Alesio da Silva: "Azərbaycan millisinin səviyyəsi məhz belə güclü rəqiblə qarşılaşmada bilinəcək"
- Futzal üzrə milli komanda Avropa Çempionatının əsas seçmə mərhələsində iştirak edəcək
- "Neftçi" Ukraynada keçirilən beynəlxalq turnirdə çempion oldu
- Azərbaycan millisi Finlandiya ilə martın 22-də qarşılaşacaq
AFFA-da futzal üzrə Azərbaycan millisinin üzvləri ilə görüş keçirilib.
Bu gün AFFA-nın inzibati binasında futzal üzrə Azərbaycan milli komandasının üzvləri ilə görüş keçirilib. AFFA-dan verilən məlumata görə, görüşdə Avropa çempionatının seçmə mərhələsinin elit raundunun Portuqaliyada keçirilən qrup oyunlarında yüksək səviyyədə çıxış edərək Avropa çempionatının final mərhələsinə vəsiqə qazanan futzal üzrə Azərbaycan millisinin üzvlərinə mükafatlar təqdim edilib.
Tədbirdə çıxış edən AFFA-nın baş katibi Elxan Məmmədov, millinin bu uğurunun Azərbaycan futzalının tarixində xüsusi yer tutduğunu və bu idman növünün ölkəmizdə inkişafı baxımından böyük əhəmiyyət kəsb etdiyini bildirib. Milli komandamızı qazanılan müvəffəqiyyətlə bağlı bir daha təbrik edən AFFA-nın başa katibi Avropa çempionatında futzalçılarımıza qələbə sevinci arzulayıb. Görüşün sonunda millinin üzvləri mükafatlandırılıb.
Qeyd edək ki, elit raundda Azərbaycan millisi Portuqaliya millisi ilə heç-heçə etmiş (3:3), Polşa və Finlandiya yığmalarına isə müvafiq olaraq 4:3 və 5:1 hesabı ilə qalib gəlmişdi. Futzal üzrə Avropa çempionatının final mərhələsi 2010-cu ildə Macarıstanda keçiriləcək.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən Xazar.com saytina hiper linklə istinad zəruridir.



Azərbaycan
Türkiyə
İspanya
İtayla
Fransa
İngiltərə
Almanya
Hollandiya
Rusiya