Schuster getdi, Ramos gəldi!

Yazını böyüt :       
Xazar.com

Bernd Schuster

Tarix: 10 Dekabr 2008

Kateqoriya: Gündəm, Avropa liqaları

Mənbə : Sport.Xazar.com

Əlaqəli xəbərlər:
İspaniyanın dünyaca məşhur klubu Real Madridin, Bernd Schuster ilə yollarını ayırdığı açıqlandı.
Alman baş məşqçinin Barcelonanı Nou Campda məğlub etmənin qeyri-mümkün olduğunu açıqlaması sonunu hazırlayarkən, paytaxt qrupunun başına Tottenhamdan göndərilən Juande Ramos gətirildi.


İspaniyanın rəsmi radiosu RNE`nin verdiyi xəbərdə, Schusterin vəzifəsinə son verildiyi və Alman idman adamının bu gün ( 9 dekabr ) məşqi yarıda buraxaraq klubdan avtomobiliylə ayrıldığı qeyd edildi.

Bu vaxt Real Madrid Klubu Schusterin yerinə İspan baş məşqçi Juande Ramosu vəzifəyə gətirdi.

Bənövşəyi ağlıların idman direktoru Predrag Mijatovic, Barnebau Stadında etdiyi mətbuat konfransında Schuster ilə günün ilk saatlarında görüşüb Alman idman adamının müqaviləsinin ləğvi mövzusunda qarşılıqlı razılaşmağa vardıqlarını ifadə edərkən komandanın rəsmi internet saytındanda paytaxt klubunun başına Sevilla və Tottenham Hotspurun köhnə baş məşqçisi Juande Ramosun gətirildiyi açıqlandı.

Santiago Bernabeu Stadında təşkil edilən mətbuat konfransında danışan yeni baş məşqçi Juande Ramos, ''Real Madrid ilə nə vaxt danışıqlara başladınız?'' sualına, ''Həqiqətən hər şey çox sürətli oldu. Bu səhər məni nahara çağırdılar. Qısa amma gərgin bir görüş oldu'' cavabını verdi.

''Real Madridə gəldiyim üçün maksimum həyəcan duyuram. Burada olmaq hər baş məşqçinin arzusudur'' deyən İspan idman adamı, Real Madrid ilə mövsüm sonuna qədər müqavilə imzalamasının hər iki tərəfin də tələbi olduğunu, mövsüm sonunda tərəflərin məmnun olması vəziyyətində yenidən masaya oturacaqlarını söylədi.

Ramos, gələcək şənbə günü rəqib sahədə oynanacaq Barcelona matçını köhnə baş məşqçi Schuster kimi ''qazanılması qeyri-mümkün'' olaraq görüb görmədiyi şəkildəki bir suala da, ''Real Madrid kimi bir klub hər matça qalibiyyət arzusuyla çıxmalıdır. Barcelonanın çox yaxşı oynadığı və güclü olduğu doğrudur amma Real Madridin meydana qələbə üçün çıxmağa kafi prestij və keyfiyyəti var'' qiymətləndirməsini etdi..

Digər tərəfdən Real Madridin futbol şöbə icraçısı Pedja Mijatoviç, Schusterin müqaviləsinin ləğv edilməsi qərarını aldıqdan sonra, Alman baş məşqçi ilə dostyana və professional bir görüşmə etdiyini, özünə təşəkkür etdiklərini ifadə etdi. Schusterin qərara kədərləndiyini ancaq təmkinlə qarşıladığını da söyləyən Mijatoviç, Alman məşqçisinin vəzifədən alınması qərarında birdən çox səbəb olduğunu, Schusterin ''Barcelonada qazanmaq qeyri-mümkün'dür' sözünün isə bu qərarın alınmsına çox təsir etmədiyini vurğuladı. Mijatoviç ayrıca klub başçısı Ramon Calderona istiqamətli etirazların haqsız olduğunu müdafiə edib, mövcud böhrandan ötəri məsul axtarılacaqsa, bunun klub rəhbəri olmadığını iddia etdi.

2005-2007 illərində Sevillada vəzifə yerinə yetirən və İspan klubuna 2 UEFA Kuboku, 1 Avropa Super Kuboku, 1 İspaniya Super Kuboku və 1 İspaniya Kral Kuboku qazandıran 54 yaşındakı Juande Ramos, 2007-2008 mövsümündə İngilis Tottenham klubunda vəzifə yerinə yetirdikdən sonra bu mövsüm başında, pis nəticələrdən ötəri vəzifədən kənarlaşdırılmışdı. Ramos, Real Madridin bu gün Çempionlar liqasında Zenitə qarşı oynayacağı matçda, yeni komandanın başında ilk dəfə meydana çıxacaq.


© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən Xazar.com saytina hiper linklə istinad zəruridir.

Detallar Oxunub: 236 dəfə Çap variantı Qiymətləndirin:
 (səs sayı: 0)
Xəbəri paylaş sport Google sport Live sport Myspace sport Facebook sport Delicious sport Digg sport Xəbərnamə
Bu xəbərin adresi:

Arxiv

«    Mart 2010    »
BeÇaÇCaCŞB
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 

Ən çox oxunanlar

Anket

Hansı ölkənin liqası sizə daha maraqlıdır
  • Türkiyə
  • İngiltərə
  • İspanya
  • İtalya
  • Almanya
  • Fransa