Xazar Sport/a> > Gündəm, Dünya futbolu > Mançester Ronaldonu satdı

Mançester Ronaldonu satdı


11 İyun 2009.

Futbolçuya görə Real 131 milyon dollar ödəyib.

İngiltərənin "Mançestr Yunayted" klubunun portuqaliyalı ulduz futbolçusu Kriştiano Ronaldo karyerasını Mançestrdə davam etdirməyəcək. Mançester United 131 milyon dollara Cristian Ronaldonu Real Madridə satmağa razı olub. Bu barədə BBC məlumat verib. “United Real Madridə fulbolçu ilə danışmağa icazə verib”, - İngiltərə klubunun bəyanatında deyilir.
Məlumata görə, bu qərar Ronaldonun xahişi ilə verilib. Belə ki, o bir daha klubdan getmək istəyini bildirib.